Bank Of Baku

Ombudsmanın nümayəndələri Quba xüsusi peşə məktəbinə başçəkmə həyata keçiriblər

Ombudsmanın nümayəndələri Quba xüsusi peşə məktəbinə başçəkmə həyata keçiriblər
# 19 yanvar 2013 08:50 (UTC +04:00)

Bakı - APA. Ombudsmanın Quba Regional Mərkəzinin nümayəndələri yanvarın 18-də Təhsil Nazirliyinin Quba xüsusi peşə məktəbinə başçəkmə həyata keçiriblər.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı yataqxanalara, sinif, tərbiyə və istirahət otaqlarına, kitabxanaya, mətbəxə, yeməkxanaya, hamama, inzibati otaqlara və ümumi əraziyə baxış keçirilib, saxlanma şəraiti və müəssisədəki uşaqlarla rəftar, onların təhsil alması və asudə vaxtlarının təşkili məsələləri araşdırılıb.

 

Müəssisədə saxlanılan 12 azyaşlı oğlanla təkbətək söhbət aparılıb, onlara hüquqları izah edilib. Uşaqlar saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

 

Başçəkmə zamanı saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, uşaqların təhsil hüquqları ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR