Bank Of Baku

Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak edib

Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak edib
# 05 fevral 2013 12:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin iclası təşkil olunub. Tədbirdə Avropa Regionunda İcraiyyə Komitəsində iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 132-ci sessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə edilib.

 

Tədbir çərçivəsində ÜST baş direktoru, Avropa Bürosu regional direktoru, habelə komitəyə üzv ölkələrdən Litva, Norveç, Çin və Özbəkistanın səhiyyə rəsmiləri ilə görüşlər keçirilib və Avropa Regional Bürosu rəhbərliyi ilə ikiillik Anlaşma Memorandumu imzalanıb. ÜST İcraiyyə Komitəsinin 132-ci sessiyasında Azərbaycan tərəfi Səhiyyə sistemlərinin inkişafında maliyyə vəsaitlərinin bölüşdürülməsi, Minilliyin İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı layihə və proqramlar, poliomielitin eliminasiyası, səhiyyənin sosial determinantları, psixi sağlamlığın qorunması, elektron səhiyyə proqramlarının həyata keçirilməsi, səhiyyədə monitorinq və statistik layihələrin aparılmağına dair tövsiyə və mövzularla çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR