Bank Of Baku

Ötən il Azərbaycan məktəbliləri 654 medal əldə ediblər

Ötən il Azərbaycan məktəbliləri 654 medal əldə ediblər
# 05 fevral 2013 08:30 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin yetirmələri 2012-ci ildə respublika yarışlarında, dünya birinciliyi, Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən il məktəblilər ümumilikdə 654 medal əldə ediblər. Onlardan 274-ü qızıl, 189-u gümüş, 191-i bürünc medaldır.

 

Respublika birincilik, çempionat və kubok yarışlarında müxtəlif idman növləri üzrə qazanılmış 557 medalın 219-u qızıl, 172-si gümüş, 166-sı bürünc, beynəlxalq yarışlarda əldə olunmuş 97 medalın isə 55-i qızıl, 17-si gümüş, 25-i isə bürüncdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR