«APA-Economics»in xəbər verdiyi kimi, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib.
M.Məhərovun sözlərin görə, istehsalatda bədbəxt hadisələrin sayı 2011-ci il ilə müqayisədə 42 hadisə azalıb.
Ötən il ərzində istehsalatda bədbəxt hadisələr nəticəsində 82 nəfər ölüb, 119 nəfər isə xəsarət alıb.
Qeyd edilir ki, 2011-ci illə müqayisədə ölənlərin sayı 15 nəfər, xəsarət alanların sayı isə 52 nəfər azalıb.