Bank Of Baku

Ötən il Azərbaycanda zəlzələlərin sayı 60 faiz artıb

Ötən il Azərbaycanda zəlzələlərin sayı 60 faiz artıb
# 17 yanvar 2013 13:37 (UTC +04:00)

 Baş vermiş zəlzələlərin sayında isə 60 faizi artım müşahidə olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. 2012-ci il ərzində Azərbaycanda 5214 yeraltı təkan qeydə alınıb. Onlardan 3380 yerli, yaxın və 1834-ü uzaq zəlzələlərdir. İl ərzində baş verən zəlzələlərdən 50-si hiss olunan (ml=2.8-5.6) olub. Onlardan 37-si respublikanın şimal-qərb hissəsində baş verib.

 

2012-ci ildə zəlzələlərin sayının və ayrılan seysmik enerjinin aylar üzrə paylanması göstərir ki, may ayında zəlzələlərin sayı və ayrılan seysmik enerjinin miqdarı daha yüksək olub. Bu, Zaqatala və Şəkidə baş verən güclü zəlzələlərlə əlaqədardır. Oktyabr ayında ayrılan seysmik enerjinin miqdarı da yüksəkdir. Bu, Balakən və İsmayıllı rayonlarında baş vermiş güclü zəlzələlərlə əlaqədardır.

 

Əvvəlki illərdə olduğu kimi, yüksək seysmikliyi ilə seçilən Böyük Qafqazın cənub-şərq yamacı aktiv olaraq qalır. Hesabat ilində ən güclü seysmik hadisə Zaqatala rayonunda baş vermiş zəlzələlərdir. Ötən il mayın 7-də saat 04.40 və 14.15-də (Qrinvic vaxtilə) Zaqatala rayonunda intensivliyi 7 bal olan 2 zəlzələ baş verib. Bu zəlzələlər Zaqatala, Balakən, Qax və ətraf ərazilərdə 7-2 bal intensivlikdə hiss olunub. Seysmikliyin məkan üzrə paylanmasını müəyyən etmək məqsədilə Zaqatala rayonunda may ayında baş vermiş zəlzələlərin episentrlər xəritəsi qurulub. Əsas təkanın ətrafında baş vermiş afterşoklar sahəsi 30×25 km təşkil edir.

 

İl ərzində şimal-qərb zonasında daha bir güclü seysmik hadisə oktyabrın 14-ü saat 10.13-də Zaqataladan 28 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində 5,6 maqnitudada qeydə alınıb. Zəlzələ Balakən və Zaqatalada 6 bal, Qax, Mingəçevir, Şəki, Şəmkir, Gəncə, Gədəbəy, Şamaxı, Yevlax və Qəbələdə 5-3 bal intensivliyində hiss olunub.

 

Əvvəlki illərdə olduğu kimi, Şamaxı-İsmayıllı seysmogen zonası aktiv olaraq qalır. Ocaqların şimal-şimal-qərb, cənub-cənub şərq istiqamətində miqrasiyası müşahidə olunur. Şamaxı-İsmayıllı zonasının şimal hissəsi (Mıxtökən silsiləsi) kimi mərkəzi və cənub (Ləngəbiz silsiləsi) hissələri də aktivdir. 2011-ci il ilə müqayisədə ayrılan seysmik enerjinin miqdarında artım müşahidə olunur. İl ərzində bu zonada ən güclü zəlzələ oktyabrın 7-də İsmayıllıdan 17 km cənub-şərqdə 5,3 maqnitudada baş

verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR