Bank Of Baku

Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti 47 minədək işçinin əmək müqaviləsi bağlamasını təmin edib

Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti 47 minədək işçinin əmək müqaviləsi bağlamasını təmin edib
# 24 yanvar 2013 09:17 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən müəssisələrdə 46 735 min nəfər işçinin əmək müqaviləsinin bağlanmasını təmin edib.

 

APA-Economics”in xəbərinə görə, bunu xidmətin rəis müavini Məhərrəm Məhərov bildirib.

 

Onun sözlərinə görə, ümumilikdə müvafiq dövlət qurumları ilə birlikdə bu rəqəm 200 mindən çox olub. Həmçinin 18 mindən çox hüquq pozuntusu qeydə alınıb.


DƏMX rəsmisi deyib ki, bəzən ayrı-arı müəssisələrdə əmək haqları, müavinətlərin gecikdirilməsi də müşahidə olunur. Xidmət tərəfindən 2012-ci il ərzində bu cür hallar aşkarlanaraq işçilərə 1 190 452 manat əmək haqlarının ödənilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR