Bank Of Baku

Ötən il İçərişəhərdəki muzeyləri 187229 nəfər ziyarət edib

Ötən il İçərişəhərdəki muzeyləri 187229 nəfər ziyarət edib
# 18 yanvar 2013 09:31 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Ötən il İçərişəhərdə olan muzeylərə gələn ziyarətçilərin sayı 187.229 nəfərə çatıb. APA-nın məlumatına görə, bu rəqəm bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində ilin yekunlarına həsr olunmuş iclasda açıqlanıb. Bildirib ki, turistlərin İçərişəhərə cəlb olunması və onlara beynəlxalq standartlara cavab verən xidmətlərin göstərilməsi məsələləri idarənin diqqət mərkəzində olub və bununla əlaqədar lazımi tədbirlər həyata keçirilib.

 

Bundan əlavə, ümumi sayı 2861 nəfərə çatan 232 xarici rəsmi nümayəndə heyəti qəbul edilərək, ərazidəki tarixi-memarlıq abidələri və digər maddi irsimizin nümunələri ilə tanış olublar. Hesabat ili ərzində “Qala” qoruğu 38845 nəfər turist qəbul edib ki, onlardan 6874 nəfəri xarici vətəndaşlardır.

 

İclasda o da qeyd olunub ki, çoxsaylı müraciətləri nəzərə alaraq, sakinləri əraziyə gətirən taksilərdən giriş haqları ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR