Bank Of Baku

Pirallahı, Çilov və Neft Daşları qəsəbələri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib

Pirallahı, Çilov və Neft Daşları qəsəbələri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib
# 18 yanvar 2013 16:13 (UTC +04:00)

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qanunların və Azərbaycan prezidentinin aktlarının, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin.

 

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Nazirlər Kabinetinə məlumat versin.

 

Milli Məclisin 21 dekabr tarixdə qəbul etdiyi qanunda bildirilir ki, Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Bakı şəhəri Pirallahı rayonu yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

 

Pirallahı rayonunun inzibati ərazi bölgüsünə Bakı şəhəri Xəzər rayonunun Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri tərkibindəki Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil edilsin.

 

Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Pirallahı rayonunun tabeliyinə verilsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR