APA-nın məlumatına görə, bu barədə “Məlumatın əldə olunmasının təşviqində hökumət sözçüləri və jurnalistlər arasında səmərəli əməkdaşlığın rolu” mövzusunda seminarda Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev deyib.
O bildirib ki, cəmiyyətdə şəffaflığın və media azadlığının təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir: “Azərbaycan informasiya cəmiyyətinin formalaşdırılması yolunu əsas hesab edir. Bu istiqamətdə işlər daha da təkmilləşdiriləcək”.