Bakı – APA-Economics. Təmir işləri ilə əlaqədar olaraq bu gün saat 11:00-dən 18:00-dək «Qazax» Qazpaylayıcı Stansiyasından və «Ağköynək» Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
ARDNŞ-in «Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri müddətində Qazax şəhərinin bir hissəsi daxil olmaqla rayonun Cəfərli və Ağköynək kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.