Moskva. Fərid Əkbərov – APA. Rusiya əhalisinin sayı 276 min nəfər artıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilib ki, SSRİ dağılandan sonra ilk dəfə olaraq Rusiya əhalisinin sayında nəzərə çarpan dərəcədə artım baş verib. Belə ki, 2012-ci ildə əhalinin ayı 276 min 200 nəfər artaraq 143,3 milyon nəfərə çatıb.
Komitənin məlumatında 2012-ci ilin ilk 11 ayında 1 milyon 744 min körpənin dünyaya gəldiyi bildirilib. Ölənlərin sayı isə ötən illərə nisbətən kəskin azalıb. 2011-ci ildə 1 milyon 770 min nəfər ölmüşdüsə, 2012-ci ildə 1 milyon 740 min nəfər həyatını itirib.