Bank Of Baku

Sabah Azərbaycan paytaxtında buludlu hava şəraiti üstünlük təşkil edəcək

Sabah Azərbaycan paytaxtında buludlu hava şəraiti üstünlük təşkil edəcək
# 22 noyabr 2012 09:30 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında yağış yağacağı gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
 

Noyabrın 23-də Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Noyabrın 24-25-də atmosfer təzyiqinin xeyli enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR