Bank Of Baku

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 14 yanvar 2013 10:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.


Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Yanvarın 15-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 16-sı gündüz və 17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR