Bank Of Baku

Şəkidə uşaq musiqi məktəbinin binası qəzalı vəziyyətə düşüb

Şəkidə uşaq musiqi məktəbinin binası qəzalı vəziyyətə düşüb
# 05 fevral 2013 12:45 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə uşaq musiqi məktəbinin binası qəzalı vəziyyətə düşüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər-rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, bu gün Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Fövqəladə Hallar Komissiyasının üzvləri Şəki uşaq musiqi məktəbinin binasına baxış keçiriblər. Yüz ildən çox yaşı olan məktəb binasının divarlarında çatların genişlənməsi ilə əlaqədar dərslərə fasilə verilib. Operativ qərargahın ilkin rəyi əsasında məktəbin şagird və müəllim kollektivi binadan təxliyə edilib, giriş-çıxış bağlanıb. Həmçinin yaxınlıqdakı yollar da nəqliyyat və piyadaların hərəkəti üçün bağlanıb, əraziyə qoruyucu zolaq çəkilib. Hazırda rayon rəhbərliyi 577 şagirdin təhsil aldığı məktəbin müvəqqəti olaraq hansı məkanda yerləşməsi və tədrisin bərpa olunması istiqamətində müzakirələr aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR