Bank Of Baku

Səttar Mehbalıyev növbəti dəfə Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib - FOTOSESSİYA

Səttar Mehbalıyev növbəti dəfə Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 fevral 2013 13:42 (UTC +04:00)

APA-nın məlumatına görə, açılış mərasimində Azər­bay­can Pre­zi­den­ti İl­ham Əliye­vin qu­rul­tay iş­ti­rak­çı­la­rı­na təb­rik mək­tu­bu oxu­nub. Məktubu qurultay iştirakçılarına Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

 

Sonra qu­rul­tay­da bir sı­ra bey­nəl­xalq təş­ki­lat­la­rın, xa­ri­ci öl­kə­lə­rin həm­kar­lar it­ti­faq­la­rı­nın, o cüm­lə­dən  Bey­nəl­xalq Əmək Təş­ki­la­tı­nın, Bey­nəl­xalq Həm­kar­lar İt­ti­faq­la­rı Kon­fe­de­ra­si­ya­sı­nın, Ru­si­ya, Tür­ki­yə, Uk­ray­na və di­gər öl­kə­lə­rin həm­kar­lar it­ti­faq­la­rı mər­kəz­lə­ri­nin nüma­yən­də­lə­ri çıxış ediblər. 

 

Azər­bay­can Həm­kar­lar İt­ti­faq­la­rı Kon­fe­de­ra­si­ya­sı­nın səd­ri Sət­tar Meh­ba­lı­yev hesabat mə­ru­zə­si ilə çı­xış edib. S. Mehbalıyev bildirib ki, son 5 ildə AHİK-in iştirakı ilə 113 qanunvericilik aktı və normativ sənədlər qəbul olunub: “İllik statistik hesabatlarının təhlili göstərir ki, hər il müəssisələrdə qeydə alınan pozuntuların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir. Ötən  beş ildə 158889 nəfərin istirahət və müalicəsini təşkil etmişik. Həmkarlar ittifaqları bunun üçün 70,7 milyon manat vəsait xərcləyib. Həmkarlar ittifaqlarının fəallığı sayəsində təkcə ötən il işəgötürənlərlə 12366 kollektiv müqavilə və 121 saziş bağlanıb”.

 

S. Mehbalıyev qeyd edib ki, son 5 ildə transmilli şirkətlərin 28 müəssisəsində həmkarlar ittifaqı təşkilatları təsis edilib: “Ümumilikdə hesabat dövründə 1102 yeni həmkarlar ittifaqı təşkilatları yaradılıb. Bu təşkilatlar 148448 nəfəri birləşdirir. Təkcə Naxçıvan Muxtar Respublikasında son 5 ildə 3000 nəfərdən yuxarı həmkarlar ittifaqı üzvünü əhatə edən 639 həmkarlar ittifaqı təşkilatı fəaliyyətə başlayıb. Göstərilən səylər nəticəsində ölkəmizdə həmkarlar ittifaqı üzvlərinin sayı 1 600 000 nəfərə çatıb”.

 

Qu­rul­ta­yda AHİK-in Təf­tiş ko­mis­si­ya­sı­nın he­sa­ba­tı dinlənilib, Kon­fe­de­ra­si­ya­sı­nın Nizamna­mə­sin­də də­yi­şik­lik­lər və əla­və­lərə baxılıb, qurumun fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mətlə­ri müəyyənləşib.

 

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında həmkarlar ittifaqlarının fəaliyyəti, Azərbaycan dövlətinin bu qurumlara baxışı haqda danışıb. Ə. Həsənov deyib ki, dövlət həmkarlar ittifaqlarını özünə rəqib deyil, tərəfdaş kimi görür: “Həmkarlar ittifaqlarının fəaliyyətini dəstəkləyirik”.

 

Ə. Həsənov AHİK-in qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə də münasibət bildirib: “İstiqamət baxımından həmkarlar ittifaqı ilə dövlət bir-birinə dost qurumlar deyil. Lakin bu gün qurultayda həmkarlar ittifaqları İlham Əliyevin namizədliyinin dəstəklənməsi təşəbbüsü ilə çıxış etdilər. Bu bir daha işçilərin – həmkarların iqtidara olan münasibətini göstərir. Belə mövqe ancaq alqışlanmalıdır”.   

 

Sonra təşkilati məsələlərə baxılıb. AHİK-in sədri vəzifəsinə keçirilən seçkidə Səttar Mehbalıyev növbəti müddət üçün qurumun rəhbəri seçilib.

 

Sonda isə qu­rul­tay iş­ti­rak­çı­la­rı adın­da pre­zi­dent İl­ham Əli­ye­və mü­ra­ci­ət qə­bul olu­nub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR