Bank Of Baku

Son 15 ildə Azərbaycanda əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfə artıb

Son 15 ildə Azərbaycanda əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfə artıb
# 04 fevral 2013 12:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb.

 

APA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2012-ci il ərzində görülən işlərin yekunlarına dair hesabatında bildirilir ki, 1997-ci ildə 81 mənzil inşa olunduğu halda, 2010-cu ildə bu rəqəm 715 olub.

 

Ötən il 325 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. İndiyədək bu təbəqələrdən olan 3525 vətəndaş dövlət hesabına minik avtomobili ilə təmin edilib. 2012-ci il ərzində ümumilikdə 411 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub.

 

2012-ci ildə reabilitasiya göstəricisi 3,5 faiz olmaqla tam reabilitasiya olunanların sayı 6 952 nəfər təşkil edib. Nazirliyin 14 regional bərpa-müalicə müəssisəsində ötən il 10 min nəfərdən artıq əlilə bərpa-müalicə xidməti göstərilib, il ərzində əlillərə 1839 ədəd texniki reabilitasiya vasitəsi, o cümlədən əlil arabaları, eşitmə aparatı və s. verilib. Ümumilikdə 2003-cü ildən bəri 7 849 əlil arabası əlilliyi olan şəxslərə verilib. 2012-ci il ərzində 83 nəfər əlilin Ukrayna və Bolqarıstanda, 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin ölkənin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında istirahəti təşkil edilib. Səhiyyə Nazirliyindəki müvafiq Komissiyanın qərarı əsasında 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi təmin olunub. Ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar, penitensiar müəssisələrdən azadlığa çıxmış 3422 nəfərə maddi və sosial yardımlar verilib, 47 nəfər insan alveri qurbanına, 50 nəfər potensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR