Bank Of Baku

Strateji Araşdırmalar Mərkəzi 2013-cü ildən "Yaşıl iqtisadiyyat"a dair yeni araşdırmalar həyata keçirəcək

Strateji Araşdırmalar Mərkəzi 2013-cü ildən "Yaşıl iqtisadiyyat"a dair yeni araşdırmalar həyata keçirəcək
# 15 noyabr 2012 09:24 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Strateji Araşdırmalar Mərkəzi 2013-cü ildən "Yaşıl iqtisadiyyat"a dair yeni araşdırmalar həyata keçirəcək. APA-nın xəbərinə görə, bu barədə SAM-ın direktoru Fərhad Məmmədov Bakıda "Yaşıl iqtisadiyyat" mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, mərkəz bu araşdırmanı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Diplomatiya Akademiyası və bir sıra digər təşkilatlarla həyata keçirəcək. SAM-ın direktoru qeyd edib ki, ətraf mühitlə bağlı bu cür tədbirlərin keçirilməsində humanitar elmlərin də xüsusi yeri var: "Dövlətin bu sahədə apardığı tədbirlər nümayiş etdirilməlidir ki, hansı istiqamətdə olan tədbirlərin daha əlverişli olduğu üzə çıxsın. Əsas fikrimiz odur ki, bu sahədə aparılan bütün işlər yaşıl iqtisadiyyatla səsləşsin". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR