Bakı – APA-Economics. «H.Z.Tağıyev adına Su Kəmərləri» İdarəsinin 1-ci nasos stansiyasından Müşfiqabad qəsəbəsi istiqamətində magistral su xətlərinin birində əsaslı təmir işləri aparılır.
«Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar olaraq noyabrın 21-də Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış sahəsinə içməli suyun verilməsində fasilələr olacaq. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abunəçilərdən üzr istəyir.