Bank Of Baku

Təhsil İdarəsi: Məktəblərin bəziləri “Elektron məktəb” layihəsini öz hesablarına icra edirlər

Təhsil İdarəsi: Məktəblərin bəziləri “Elektron məktəb” layihəsini öz hesablarına icra edirlər
# 24 yanvar 2013 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün paytaxt məktəblərinin bəziləri öz hesablarına “Elektron məktəb” layihəsini gerçəkləşdirirlər. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya açıqlamasında deyib ki, Milli Valideyn-Müəllim Assosiasiyasının xətti ilə bir neçə məktəbin girişində kart sistemini tətbiq etmək mümkün olub. Ancaq bunlar “Elektron məktəb” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin hamısı deyil: ““Elektron məktəb” layihəsi çərçivəsində Bakının bəzi məktəblərində yeniliklər tətbiq ediləcək. Bu layihə çərçivəsində şagirdlər kartlardan istifadə edərək xüsusi avadanlıqlardan keçdikdən sonra məktəbə daxil olacaqlar. Onun sözlərinə görə, bundan sonra həmin uşaqların valideynlərinə onların gəliş və ya gedişi ilə bağlı sms məlumat ötürüləcək. Bu böyük layihədir və hələlik tətbiq olunmayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR