Bank Of Baku

Təhsil naziri: “Azərbaycanda repetitorluq məktəbin gördüyü işə kölgə salır”

Təhsil naziri: “Azərbaycanda repetitorluq məktəbin gördüyü işə kölgə salır”
# 17 noyabr 2012 12:41 (UTC +04:00)

 

Bu, çox ciddi problemdir”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında çıxış edərkən deyib.

 

O bildirib ki, yuxarı sinif şagirdlərinin dərsə davamiyyətinin pis olmasının səbəbini həmişə məktəb direktorlarında axtarmaq düzgün deyil: “Düzdür, məktəb direktorlarında da günah var. Amma Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, orta məktəbi bitirən şagirdlərin hamısı ali məktəblərə daxil olmalıdırlar. Bunun yeganə yolunu da repetitor yanına getməkdə görürlər. Bir çox hallarda məktəb direktorlarına vəzifəli şəxslər tərəfindən təzyiqlər olur. Bəzi direktorlar bu təzyiqlərə davam gətirir, bəzi direktorlar isə davam gətirməyərək həmin adamlara qoşulur, nəticədə də həm məktəb, həm də təhsil pis vəziyyətə düşür. Azərbaycanda repetitorluq məktəbin gördüyü işə kölgə salır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR