Bank Of Baku

Təhsil Nazirliyi: “Sumqayıtda məktəblilərin döyülmə faktına görə cəza tədbiri görüləcək”

Təhsil Nazirliyi: “Sumqayıtda məktəblilərin döyülmə faktına görə cəza tədbiri görüləcək”
# 15 yanvar 2013 12:46 (UTC +04:00)

 Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya açıqlamasında Sumqayıt şəhər 17 saylı liseydə döyülmə faktının yer aldığı videonu izlədiklərini və bununla əlaqədar müvafiq olaraq tapşırıq verdiklərini deyib: “Ümumiyyətlə, bu haqda sosial şəbəkə və bəzi internet saytlarında məlumat verilib. Biz bu görüntüləri görəndə, Təhsil Nazirliyi olaraq tapşırıq verdik ki, Sumqayıt Təhsil Şöbəsində araşdırma aparılsın. Məlum oldu ki, bu, ötən ilin oktyabr ayında olan bir hadisədir. Bununla əlaqədar verdiyimiz tapşırığa əsasən, onlar həmin müəllim və digər müvafiq şəxslər Sumqayıt Təhsil şöbəsinə dəvət ediləcək. Hazırda araşdırma aparılır. Məsələ dəqiqləşəndən sonra müvafiq cəza tədbiri görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR