Bank Of Baku

Təhsil Nazirliyi məktəblərdə qiymətləndirmənin problemlərini öyrənmək məqsədilə monitorinq keçirəcək

Təhsil Nazirliyi məktəblərdə qiymətləndirmənin problemlərini öyrənmək məqsədilə monitorinq keçirəcək
# 25 yanvar 2013 15:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmənin tətbiqi ilə bağlı respublikanın regionlarında monitorinqlər keçirəcək. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva deyib. O bildirib ki, məktəbdaxili qiymətləndirmə ilə bağlı Bakıda aparılan monitorinqlər artıq başa çatıb. T.Hacıyeva qeyd edib ki, bu zaman  bir çox uğurlarla yanaşı müəyyən problemlər də aşkarlanıb: “Təhsildə kurrikulumun tətbiqi yeni iş olduğu üçün onun məktəblərdə istifadəsi və müəllimlər tərəfindən mənimsənilməsi ilə bağlı bəzi problemlər olur. Monitorinqlər zamanı problemlər öyrənilir və aradan qaldırılır. Monitorinq 3 mərhələdən ibarət olmalıdır, buraya istiqamətin müəyyənləşdirilməsi, problemlərin öyrənilməsi və bu problemlərin həlli yollarının göstərilməsi daxildir. Təbii ki, məktəbdaxili qiymətləndirmədə istənilən monitorinq müşahidə məqsədilə aparılır və problemin öyrənilərək aradan qaldırılmasına xidmət edir. Bu cür işlər Təhsil Nazirliyi tərəfindən aparılır və aparılacaq. Mövcud problemlər həll edilənədək bu iş davam etdiriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR