Bank Of Baku

Təhsil Nazirliyi qiymətləndirmə sistemdə yeni təkmilləşmələr edəcək

Təhsil Nazirliyi qiymətləndirmə sistemdə yeni təkmilləşmələr edəcək
# 02 fevral 2013 13:20 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi müəllimlərin işini asanlaşdırmaq üçün məktəbdaxili qiymətləndirmə sistemdə yeni təkmilləşmələr edəcək. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva məlumat verib. O bildirib ki, hazırda orta məktəblərdə tətbiq edilən yeni qiymətləndirmənin özü bir yenilikdir. Şöbə müdirinin sözlərinə görə, zaman keçdikcə məktəbdaxili qiymətləndirmə sistemində yeniliklər ediləcək və proses daha da təkmilləşdiriləcək: “Məktəbdaxili qiymətləndirmə ilə bağlı müəyyən dəyişikliklər olacaq. Yeni fənn kurikulumlarına əsasən şagirdin yalnız nailiyyəti deyil, həm də fəaliyyəti qiymətləndirilir. Hələlik bu yeni iş olduğuna görə müəllimlər onu tətbiq etməkdə müəyyən problemlərlə üzləşirlər. Buna görə də hər bir iş sadədən mürəkkəbə doğru təkmilləşdiyi kimi məktəbdaxili qiymətləndirmənin də sadədən mürəkkəbə doğru istiqamətləndirilməsi nəzərdə tutulub. Hələlik bu işin ən sadə formasını müəllimlərə öyrədib tətbiqinə nəzarət edirik. Gələcəkdə isə sözlü qiymətləndirmənin daha geniş, fəaliyyəti tam əhatə edən qiymətləndirməsini tətbiq etməyi nəzərdə tuturuq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR