Bank Of Baku

Təhsil Nazirliyi tərəfindən daha 250 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq

Təhsil Nazirliyi tərəfindən daha 250 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq
# 05 fevral 2013 09:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Təhsil Nazirliyi tərəfindən daha 250 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov deyib. O bildirib ki, məktəblərdə istifadədə olan 32 min kompüterdə proqram təminatının lisenziyasının müddəti uzadılacaq, orta təhsil müəssisələrinə minə yaxın kompüter və proyektor veriləcək. S.Məmmədovun sözlərinə görə, İKT ili çərçivəsində “Elektron məktəb” layihəsinə daha 10 təhsil müəssisəsi qoşulacaq: “2013-cü ildə təhsil sisteminin informasiyalaşdırılması istiqamətində görülən işlər nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində həyata keçiriləcək. Tədbirlər planı çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi, elektron tədris resurslarının sayının artırılması, Təhsil portalının işinin effektiv qurulması, idarəetmədə proqram təminatının tətbiqi, təhsil müəssisələrinin avadanlıqlarla təchizatı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Elmi tədqiqat, ixtisasartırma və yenidənhazırlanma institutlarında müasir yanaşmaların tətbiqinin təşkilini və UNESCO-nun müəllimlərin İKT kompetensiyaları üçün standartların adaptasiyası və milliləşdirilməsi üzrə master klasları keçirməyi planlaşdırmışıq”.

 

Nazirlik rəsmisi qeyd edib ki, artıq ümumtəhsil müəssisələrindən 1700-ü Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Onun sözlərinə görə, informasiya texnologiyalarının təhsildə effektiv bir alət kimi istifadəsi “Elektron məktəb” layihəsinə qoşulmuş məktəblərdə daha qabarıq əks olunur: “Layihəyə qoşulmuş 50 pilot təhsil müəssisəsindən 43-ü ümumtəhsil məktəbləridir. Tətbiq olunmuş proqram təminatından istifadə etməklə məktəb rəhbərliyi hər bir şagirdin davamiyyəti, müəllimin iş yükü, sinfin dərs cədvəli və jurnalı, habelə digər mühüm məlumatları ümumi verilənlər bazasından əldə edə bilər. Cari tədris ilindən başlayaraq, “Elektron Məktəb” layihəsinə qoşulmuş 20 məktəbdə kağız jurnalından elektron jurnal sisteminə keçid təmin olunub. “Elektron məktəb” layihəsinin maraqlı funksiyalarından biri də Valideyn Nəzarət Sisteminin tətbiqidir. Bu sistem vasitəsilə valideynlər onlayn rejimdə övladlarının davamiyyəti ilə tanış ola bilərlər. Eyni zamanda, elektron jurnallara tətbiq olunan SMS Modul vasitəsi ilə valideynlər şəxsi mobil nömərlərində övladlarının cari qiymətləndirilməsi barədə məlumat almaq imkanları var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR