Bank Of Baku

Təhsil Nazirliyinin şöbə müdiri: “Pedaqoji ixtisaslar üzrə təhsilin səviyyəsi qaneedici deyil”

Təhsil Nazirliyinin şöbə müdiri: “Pedaqoji ixtisaslar üzrə təhsilin səviyyəsi qaneedici deyil”
# 20 noyabr 2012 13:33 (UTC +04:00)

 

 

Bakı. Könül Kamilqızı – APA. “Əvvəllər Azərbaycanda ali məktəbi bitirən məzunlara təyinat verilirdi. Hər il ali məktəbləri pedaqoji ixtisaslar üzrə 10 minə qədər məzun bitirirdi. Ancaq pedaqoji ixtisaslar üzrə təhsil alanlar üçün təyinat yalnız 1000-ə yaxın şəxsə  verilirdi. Təyinat verdiyimiz həmin şəxslərin yerlərdə işləyə bilib-bilməyəcəyi məlum deyildi. Buna görə də nazirlik olaraq 2 il öncə təyinatı daha yaxşı mexanizmlə əvəz etdik”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib. O bildirib ki, yeni mexanizmə əsasən, artıq bu il 800 nəfər ucqar kənd məktəblərində gənc müəllim kimi işə qəbul olunub: “Kim bacarıqlı və qabiliyyətlidirsə, imtahan verəndən sonra müəllim kimi işləsin. Nəyə görə, kim hansı rayondandırsa, onu həmin rayona təyinata göndərək? Bəlkə ondan daha bacarıqlı gənc var ki, bu yerlərdə işləməyə razıdır. Bu mənada yeni sistem təyinatdan daha yaxşıdır”.

 

F.Qədirov onu da deyib ki, bu gün aparılan araşdırmalar Azərbaycanda pedaqoji ixtisaslar üzrə təhsilin səviyyəsinin hələ aşağı olduğunu göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR