Bank Of Baku

TQDK 2013-cü il üçün imtahan yerləri bazasının formalaşdırılmasına başlayıb

TQDK 2013-cü il üçün imtahan yerləri bazasının formalaşdırılmasına başlayıb
# 11 yanvar 2013 14:03 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il üçün imtahan yerləri bazasının formalaşdırılmasına başlayıb.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013-cü ildə ali təhsil müəssisələrinin müxtəlif səviyyələrinə qəbul, buraxılış siniflərinin şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi, sınaq və digər imtahanlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində və bölgələrdə imtahan binalarına baxış keçirilməsi prosesinə başlanıb.


İmtahan yerləri bazasında mövcud 500-ə yaxın binaya baxış keçirildikdən sonra onların imtahana yararlılıq dərəcələri müəyyənləşdiriləcək, yeni binalar haqqında məlumat və dəyişikliklər bazaya daxil ediləcək, binaların pasportları yenidən tərtib ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR