Bank Of Baku

TQDK Azərbaycanda ilk dəfə olaraq yaradılacaq orta məktəb dərsliklərinin elektron bazasının proqram təminatını hazırlayıb

TQDK Azərbaycanda ilk dəfə olaraq yaradılacaq orta məktəb dərsliklərinin elektron bazasının proqram təminatını hazırlayıb
# 11 yanvar 2013 11:13 (UTC +04:00)

 Bu barədə APA-ya TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva məlumat verib. O bildirib ki, hazırda elektron bazanın yaradılması üzərində işlər gedir. A.Batıyevanın sözlərinə görə, bütün lazımi məlumatların TQDK-ya təhvil verilməsi üçün Təhsil Nazirliyinə və bütün nəşriyyatlara məktublar göndərilmib: “Artıq bu məktublara cavab verilib və yerlərdən müvafiq məlumatlar daxil olur. Yerlərdən məlumatlar daxil olduqca onları proqrama yükləyirik. Yekunlaşanda bunların nəticəsində böyük bir baza yaradılacaq. Bazaya ilkin mərhələdə bu vaxta kimi mövcud olan dərsliklər, dərs vəsaitləri, onların müəllifləri barədə məlumatlar daxil edilib. Gələcəkdə isə TQDK tərəfindən görülən müasir işlər də bu bazaya əlavə ediləcək. Bunlara dərsliklərə bağlı aparılan monitorinqin nəticələri, ekspertlərin rəyləri, qəbul edilən yeni qərarlar daxildir”.

 

A.Batıyeva gələcəkdə dərsliklərin elektron versiyasını yaratmaq niyyətində olduqlarını deyib: “Gələcəkdə imkan olarsa, dərsliklərin elektron versiyasını yaratmaq istəyirik. Əgər bu səlahiyyət bizə verilsə və materiallar komissiyaya daxil olsa, dərsliklərin elektron versiyası yaradılacaq. Sonradan isə komissiya tərəfindən bütün məlumatların hamısı orta məktəb dərsliklərinin elektron bazasına daxil ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR