Bank Of Baku

TQDK Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayır

TQDK Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayır
# 06 fevral 2013 08:25 (UTC +04:00)

 

APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib.

 

O bildirib ki, ali məktəblərin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar fevralın 11-də 21-dək “Bakalavrın elekron ərizə” formasını doldurmalıdır. N.Əliyevin sözlərinə görə, bakalavrlar fevralın 12-dən 22-dək şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək ərizələrini təsdiq etdirməlidirlər: “Bu ilin məzunları “Bakalavrın elektron ərizə” formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməlidirlər. Ali məktəblərin əvvəlki illərinin məzunları, nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları “Bakalavrın elektron ərizə” forması ali təhsil müəssisələrində yaradılmış SQK-ların istənilən birində təsdiq etdirə bilərlər. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları “Bakalavrın elektron ərizə” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR