Bank Of Baku

TQDK qəbul imtahanlarının məzmununun inkişaf dinamikasına həs olunmuş 11 adda vəsait dərc edib

TQDK qəbul imtahanlarının məzmununun inkişaf dinamikasına həs olunmuş 11 adda vəsait dərc edib
# 19 noyabr 2012 12:43 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmiş vəsaitlər dərc olunub. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bütün imtahan fənləri üzrə 11 adda olan bu vəsait müəllimlər, test tərtibçiləri, ekspertlər, şagirdlər, abituriyentlər, ümumi təhsil müəssisələri üçün nəzərdə tutulub.


Vəsaitlərdə 1992-ci ildən 2012-ci ilə kimi qəbul imtahanlarında bütün fənlər üzrə istifadə olunmuş test tapşırıqlarının toplusu verilib. Toplu yuxarı sinif şagirdləri və abituriyentlərə öz biliklərini yoxlamağa, testlərlə işləmək vərdişlərinə yiyələnməyə, test tapşırıqlarının müxtəlif variant və modelləri ilə tanış olmağa, bütövlükdə proqram materiallarını daha dərindən mənimsəməyə yaxından kömək edəcək. Müəllimlər isə açıq test bankı kimi təqdim olunan bu toplulardan təlim prosesində proqram materiallarının mənimsənilmə səviyyəsinin yoxlanılması, şagirdlərin keçilən mövzular üzrə biliklərinin möhkəmləndirilməsi, eləcə də onlarda testlərlə işləmək vərdişlərinin formalaşdırılması üçün istifadə edəcəklər.

 

Vəsait geniş pedaqoji ictimaiyyət üçün Azərbaycan testologiyasının tarixi və test üsulu ilə imtahan texnologiyalarının ölçü və meyarları ilə tanışlıq baxımından dəyərli mənbədir. Burada verilən məlumatlar tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaq. Müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına (interaktiv, konstruktiv və s.), xüsusilə də nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verə biləcəklər.

Vəsait test tərtibçilərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun test tapşırıqları hazırlamaqda və test tapşırıqlarının tərtibinə elmi, metodiki cəhətdən daha peşəkarlıqla yanaşmaqda kömək edəcək. Ekspertlər vəsaitdə verilən təhlil və şərhlər vasitəsilə TQDK-nın fənlər üzrə test topluları və digər vəsaitlərindəki test tapşırıqlarının inkişaf dinamikasını izləyə biləcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR