Bank Of Baku

Türkiyə Ali Təhsil Şurasının sədri: Azərbaycan və Türkiyə arasında yeni əlaqələr yaratmaq lazımdır

Türkiyə Ali Təhsil Şurasının sədri: Azərbaycan və Türkiyə arasında yeni əlaqələr yaratmaq lazımdır
# 17 yanvar 2013 10:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Müasir və qlobal dünyanın çağırışlarına cavab vermək üçün Azərbaycan və Türkiyə arasında yeni müstəvilər və əlaqələr yaratmaq lazımdır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurulu) sədri Gökhan Çetinsaya deyib.

 

O bildirib ki, iki ölkə arasında yüksək təhsil əlaqələrini daha da gücləndirməyə ehtiyac var. Eyni zamanda, Türkiyə və Azərbaycanın birgə olaraq dünyaya açılması üçün önəmli layihələr və proqramlar icra olunmalıdır: “Azərbaycana səfər çərçivəsində bu məsələlər bir daha müzakirə olunaraq birgə həll yolu axtarılacaq. İki ölkə arasında təhsil sahəsində çox önəmli əlaqələr var. Bizim məqsədimiz buradakı mövcud məsələləri bir daha nəzərdən keçirmək, problemlər varsa, onları aradan qaldıraraq bu əlaqələri daha da irəliyə aparmaqdır. Bu baxımdan artıq yeni zamanın tələblərinə uyğun olaraq iki ölkə arasında yeni müstəvilər və əlaqələr yaratmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR