Bakı. Könül Kamilqızı – APA. Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) sədri Gökhan Çetinsayanın Azərbaycana səfəri başlayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 19-dək davam edəcək.
Sabah Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və buradakı “Türk şəhidliyi”ni ziyarət edəcək.
Səfər çərçivəsində qonaqlar Təhsil Nazirliyində və ölkənin bir sıra ali məktəblərində görüşlər keçirəcək. Görüşlər zamanı iki ölkənin təhsil sahəsində mövcud inkişaf və problemləri qarşılıqlı şəkildə müzakirə olunacaq.