Bank Of Baku

Türkiyədə 5 minə yaxın azərbaycanlı tələbə təhsil alır - FOTOSESSİYA

Türkiyədə 5 minə yaxın azərbaycanlı tələbə təhsil alır - <span style="color: red;">FOTOSESSİYA
# 17 yanvar 2013 08:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Türkiyədə 5 minə yaxın azərbaycanlı tələbə təhsil alır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çətinsaya deyib. O bildirib ki, azərbaycanlı tələbələrin sayının gələcəkdə daha da artırılması istiqamətində işlər görüləcək. Qonaq azərbaycanlı alimlərin bəzi Türkiyə universitetlərinin rəhbərliyində təmsil olunmasını yüksək qiymətləndirib.

 

Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurulu) sədri Gökhan Çətinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu gün qonaqlar Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və buradakı Türk şəhidliyini ziyarət edib. Səfər çərçivəsində onlar Təhsil Nazirliyində və ölkənin bir sıra ali məktəblərində görüşlər keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR