Bank Of Baku

Türkiyənin milli təhsil nazirinin Azərbaycana səfərinin vaxtı dəqiqləşib

Türkiyənin milli təhsil nazirinin Azərbaycana səfərinin vaxtı dəqiqləşib
# 24 yanvar 2013 13:46 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Türkiyənin milli təhsil naziri Ömer Dinçer Azərbaycana səfərinin vaxtı dəqiqləşib.

 

Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva APA-ya açıqlamasında deyib ki, Ömer Dinçer başçılıq etdiyi nümayəndə heyəti yanvarın 26-da Azərbaycana səfər edəcək.

 

Bununla əlaqədar Azərbaycan Təhsil Nazirliyinə məktub göndərilib. Səfər Azərbaycanın təhsil naziri Misir Mərdanovun dəvəti ilə baş tutacaq: “Bundan əlavə, bir çox ölkələr Təhsil Nazirliyinə müraciət edərək qarşılıqlı təhsil sahəsi üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Ümumiyyətlə, bu il ərzində Azərbaycana təhsil sahəsi üzrə bir sıra səfərlər gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR