Bank Of Baku

Türkiyənin Qaziantep şəhəri Gəncə ilə qardaşlaşıb

Türkiyənin Qaziantep şəhəri Gəncə ilə qardaşlaşıb
# 10 noyabr 2012 15:07 (UTC +04:00)

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, forumda tarixi İpək Yolunda yerləşən bir çox şəhərlərin rəhbərləri iştirak edirlər. Forumun maraqlı məqamlardan biri ondan ibarətdir ki, Qaziantep şəhəri bu gündən başlayaraq 4 şəhərlə qardaşlaşıb. Bu siyahıya Çexiyanı Ostrava, Makedoniyanın Manastır, Çinin Urumçi və Azərbaycanın Gəncə şəhərləri daxildir. Bu barədə danışan Qaziantep şəhər meri Asım Güzelbey bildirib ki, forumun iştirakçıları artıq tədbirin nəticələrindən bəhrələnirlər: “Bizim əsas məqsədimiz qardaşlıq, ticarət, sosial, mədəni əlaqələri daha da inkişaf etməkdən ibarət idi və bu gün biz dörd şəhərlə qardaş olmaqla bu hədəflərə çatmış olduq”.

 

Qeyd edək ki, forum noyabrın 9-da başlayıb və 3 gün davam edəcək.

 

Bundan əvvəl Qaziantep dünyanın müxtəlif ölkələrinin 10 şəhəri ilə qardaşlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR