Bank Of Baku

UNDP tərəfindən keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsinin iştirakçıları seçilib

UNDP tərəfindən keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsinin iştirakçıları seçilib
# 22 noyabr 2012 09:30 (UTC +04:00)

 

Bakı-APA. BMT İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi həyata keçirilir. APA-nın məlumatına görə, layihənin ümumi məqsədi Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.

 

27 iyun 2012-ci il tarixindən başlayaraq layihədə iştirak etmək üçün gənclər arasında ərizə qəbulu elan edilib, layihə haqqında məlumat və müvafiq ərizə forması kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və digər internet resurslarında yerləşdirilib. Sözügedən layihədə iştirak etmək üçün 15 oktyabr 2012-ci il tarixinədək 190 gənc müvafiq ərizə forması ilə Layihənin Seçim Komissiyasına müraciət edib.

 

Seçim prosesi Layihənin Seçim Komissiyası tərəfindən iki mərhələdə aparılıb. Seçim Komissiyası BMT-nin, Gənclər və İdman Nazirliyinin və gənclərlə iş sahəsində yüksək təcrübəsi olan ictimai təşkilatların nümayəndələrindən təşkil olunub. 15-31 oktyabr 2012-ci il tarixlərində Seçim Komissiyası tərəfindən göndərilən ərizələr yoxlanılaraq, iştirakçılar üçün əvvəlcədən müəyyən və elan edilmiş kriterilər, ərizəçinin yüksək motivasiyası, layihədə iştirak etmək üçün göstərdiyi həvəs və onun gələcək üçün planları dəyərləndirilib. Seçim Komissiyasının qərarına əsasən birinci mərhələni uğurla keçən 93 namizəd ikinci mərhələyə dəvət edilib. Müsahibə mərhələsi 05-15 noyabr 2012-ci il tarixlərində həyata keçirilib.  

 

15-21 noyabr 2012-ci il tarixlərində Seçim Komissiyası tərəfindən ərizəçilərin yekun seçimi aparılmışdır. Seçim zamanı layihənin tələblərinə cavab verən, qeyd olunan sahədə yüksək motivasiyaya sahib olan, öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, gələcəyin liderləri və dövlət qulluqçuları olmaq istəyən gənclərə üstünlük verilib. Gender və coğrafi balans nəzərə alınaraq, Seçim Komissiyasının qərarına əsasən yüksək nəticə göstərən 50 gənc layihədə iştirakçı olaraq seçilib. Komissiyasının rəyinə əsasən az nəticə əldə edən gənclərin gözləmə siyahısı hazırlanıb. Müəyyən səbəblərdən hər hansı bir finalçının layihədə iştirak etməyəcəyi təqdirdə, gözləmə siyahısında olan gənclər iştirak üçün dəvət olunacaq. Gənclər və İdman Nazirliyi seçilmiş şəxslər yuxarıda qeyd olunan şəxsi və peşə bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim kurslarında iştirak edəcək və dövlət orqanlarında təcrübə keçmək imkanı əldə edəcək.

 

Layihəni müvəffəqiyyətlə bitirən iştirakçılara BMTİP və Gənclər və İdman Nazirliyinin Xüsusi Sertifikatları təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR