Bank Of Baku

Vergilər Nazirliyi: Vergi Məcəlləsinə son dəyişikliklər Azərbaycanda əmək müqavilələrinin leqallaşdırılması üçün stimul olacaq

Vergilər Nazirliyi: Vergi Məcəlləsinə son dəyişikliklər Azərbaycanda əmək müqavilələrinin leqallaşdırılması üçün stimul olacaq
# 24 yanvar 2013 12:37 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il görülən tədbirlər nəticəsində Azərbaycanda 55 min vergi ödəyicisində 180 min yeni əmək müqavilələri rəsmiləşdirilib və onun nəticəsində dövlət büdcəsinə bu vergi növü üzrə daxilolmalar artıb. «APA-Economics»in məlumatına görə, bunu «Azərbaycanda əmək bazarı: qeyri-leqal məşğulluqla mübarizə» mövzusunda keçirilən dəyirmi masada Vergilər Nazirliyi Strateji araşdırmalar İdarəsinin rəisi İmran Qarayev bildirib.

 

Vergilər Nazirliyinin nümayəndəsi bildirib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər nəticəsində fiziki şəxslərdən gəlir vergisinin maksimum dərəcəsinin 30%-dən 25%-ə endirilməsi, minimum dərəcənin tətbiq olunduğu məbləğin isə 2000 manatdan 2500 manata qaldırılması da əmək müqavilələrinin leqallaşdırılması üçün stimul ola bilər: «Artıq vergi ödəyicilərinin özləri də bu müqavilələrin bağlanmasında maraqlı olacaqlar».

 

Nazirlik rəsmisi qeyd edib ki, əmək münasibətlərinin leqallaşmasında cərimələr və inzibati tədbirlərin rolu olsa da, iqtisadi amillər daha çox səmərə verir və bu münasibətlərin gələcəkdə daha dayanıqlı olmasına imkan verir.

 

İ.Qarayevin sözlərinə görə, hazırda Azərbaycanda 480 minə yaxın vergi ödəyicisi var. İş yerlərinin açılmasında isə əsas rolu özəl sektor oynayır. Amma bu sahədə məsələlər həm də demoqrafik vəziyyətdən və digər amillərdən asılıdır. İdarə rəisi bildirib ki, gələcəkdə bu sahədə işlər, yəni yeni vergi texnologiya və mexanizmləri vasitəsilə iş yerlərinin leqallaşdırılması davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR