Bank Of Baku

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kollegiyasının tərkibi təsdiqlənib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kollegiyasının tərkibi təsdiqlənib
# 05 fevral 2013 16:11 (UTC +04:00)

 

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın xəbərinə görə, sərəncamla Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiqlənib:

 

Kollegiyanın sədri

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri.

 

Kollegiyanın üzvləri:

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin birinci müavini

Dövlət Agentliyi sədrinin müavini

Dövlət Agentliyi Aparatının rəhbəri

Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri

Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdiri

Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri

Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri

Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri

Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR