Bakı-APA. Xarici İşlər Nazirliyində 30 oktyabr – 5 noyabr tarixlərində stajçıların attestasiyası məqsədi ilə müsabiqə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə 63 namizəd iştirak edib. Müsabiqənin nəticələrinə əsasən iştirak etmiş namizədlərdən 42 nəfər müsabiqədən uğurla keçib.