Bank Of Baku

Yanvarda Kür çayında zərərli maddələrin miqdarı normadan dəfələrlə artıq olub

Yanvarda Kür çayında zərərli maddələrin miqdarı normadan dəfələrlə artıq olub
# 05 fevral 2013 10:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının II ongünlüyünə nisbətən 1 m3/san azalaraq 135 m3/san təşkil edib.

 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

 

Yanvar ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevəndə fenollar 2, mis birləşmələri 3, Bəhramtəpədə isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-6.41 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR