Bakı. Rəşad Süleymanov – APA. Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası (CAR) müdafiə nazirinin müavini Tabanq Makveltanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud olan hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşdə hər iki ölkənin səfirləri də iştirak ediblər.