Bank Of Baku

Zaqatalanın Əliabad kəndində bir qrup fəhlə maaşının gecikməsinə etiraz edib

Zaqatalanın Əliabad kəndində bir qrup fəhlə maaşının gecikməsinə etiraz edib
# 01 fevral 2013 11:26 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalanın Əliabad kəndində son iki ayın maaşını ala bilməyən bir qrup fəhlə öz narazılığını bildirib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, kənddəki tikintidə çalışan bir qrup fəhlə hazırda tikilməkdə olan məktəbin həyətinə toplaşaraq, kənddə tikinti işləri aparan “Xəzər” MMC-nin nümayəndələrindən maaşlarını tələb edib.

 

Hadisə yerinə Zaqatala rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov və işi icra edən “Xəzər” MMC-nin nümayəndələri də gəlib.

 

Kənddə tikinti işlərini həyata keçirən “Xəzər” MMC-nin iş icraçısı Oqtay Nəcəfov isə APA-ya açıqlamasında bildirib ki, tikintiyə başlayandan bu günə kimi usta və fəhlələrin pulları mərhələli şəkildə ödənilib: “Son günlər pulların verilməsində bir az gecikmə olub. Sizi əmin edirəm ki, 3 gün ərzində hamının pulu ödəniləcək”.

 

Danışıqlardan sonra fəhlələr dağılışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR