Bank Of Baku

Xocalı və Ağdərə rayonlarına növbəti köç olub- FOTO - YENİLƏNİB

Xocalı və Ağdərə rayonlarına növbəti köç olub- FOTO  - YENİLƏNİB
# 22 oktyabr 2026 14:07 (UTC +04:00)

Oktyabrın 22-də Xocalı və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə ümumilikdə 44 ailə olmaqla 176 nəfər doğma yurdlarına qayıdaraq yeni həyata başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Xocalı rayonu üzrə Ballıca kəndinə 5 ailə (27 nəfər), Xocalı şəhərinə 4 ailə (23 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Daşbulaq kəndinə isə 1 ailə (2 nəfər) köçürülüb. Beləliklə, bu mərhələdə Xocalı rayonuna ümumilikdə 15 ailə, 64 nəfər qayıdıb.

Ağdərə rayonu üzrə isə Heyvalı kəndinə 23 ailə (83 nəfər), Vəngli kəndinə 6 ailə (29 nəfər) köçürülüb. Ümumilikdə, Ağdərə rayonuna 29 ailə, 112 nəfər qayıdıb. Doğma yurda qayıdan ailələr yeni mənzillərinə yerləşdirilib. Sakinlərin rahat yaşayışı üçün zəruri şərait yaradılıb, yaşayış məntəqələrində müvafiq infrastruktur qurulub. Qayıdan ailələrin gündəlik tələbatlarının qarşılanması, onların doğma torpaqlarında təhlükəsiz və rahat həyat sürməsi üçün lazımi imkanlar təmin edilib.

Beləliklə, növbəti köç prosesi çərçivəsində Xocalı və Ağdərə rayonlarına qayıdan 176 nəfər doğma torpaqlarında yeni həyatlarına qədəm qoyub. Bu qayıdış azad edilmiş ərazilərdə həyatın bərpası, yaşayış məntəqələrinin dirçəldilməsi və Böyük Qayıdış prosesinin davam etdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.

***

13.32


Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.
Bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirərək, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR