Paşha Bank
Bank Of Baku

Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb - FOTO

Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb - FOTO
# 30 sentyabr 2026 06:44 (UTC +04:00)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

APA xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 60 nəfərdən ibarət 9 ailə, Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocavənd şəhərinə isə 55 nəfərdən ibarət 16 ailə bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Beləliklə, növbəti mərhələdə ümumilikdə 193 nəfərdən ibarət 42 ailə doğma yurdlarına qayıdır.

Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.

Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, həlak olan hərbçilərin xatirəsini yad ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR