Bank Of Baku

Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub - FOTO

Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub - FOTO
# 08 sentyabr 2026 17:36 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Xocalı rayonunda əməyin mühafizəsinə dair mediatur təşkil olunub.

ƏƏSMN-dən APA-ya bildirilib ki, mediaturun məqsədi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə yaradılmış təhlükəsiz və sağlam əmək şəraitini ictimaiyyətə təqdim etmək, əməyin mühafizəsi sahəsində görülən işlər və qabaqlayıcı tədbirlər barədə məlumatlılığı artırmaq olub.

Mediaturda media nümayəndələri ilə yanaşı, Xidmətin sosial tərəfdaşları olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri də iştirak ediblər.

İştirakçılara əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, tərəfdaş qurumlarla birgə cari ildə Xidmətin Əməyin Mühafizəsi Mərkəzi tərəfindən 73 tədbir keçirilib. Bu tədbirlərə ümumilikdə 226 işəgötürən və 2800-dən çox işçi cəlb olunub.

Keçirilən tədbirlər zamanı əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasının təmin olunması, yeni dövlət standartlarının tətbiqi, əmək qanunvericiliyinin əsas tələbləri və mina təhlükəsizliyi qaydaları barədə məlumat verilib.

Mediatur çərçivəsində media nümayəndələri Xocalı rayonunda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC və “Accurate Az” MMC-də olublar. Onlar müəssisələrdə istehsal prosesi, əmək şəraiti, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərə baxış keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR