Bank Of Baku

Yanvar-iyun aylarında “Könüllü DOST” proqramına 776 şəxs cəlb olunub

Yanvar-iyun aylarında “Könüllü DOST” proqramına 776 şəxs cəlb olunub
# 21 iyul 2026 12:01 (UTC +04:00)

“Könüllü DOST” proqramına cari ilin birinci yarımili ərzində 20 min müraciət olub, 776 şəxs proqrama cəlb olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “DigiDOST”, “TeleDOST” kimi altproqramları fəaliyyət göstərir.

Bildirilib ki, könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir.

"Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur",- məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR