2017-ci ildə məşğulluq orqanlarına müraciətlərin sayı 1,7 dəfə azalıb

2017 ci ilde mesgulluq orqanlarina muracietlerin sayi 1 7 defe azalib

“2017-ci il ərzində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadılıb”.

 

 “APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi  naziri Səlim Müslümov deyib.  Onun sözlərinə görə, ötən il 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlanıb, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb edilib.

 

Nazir bildirib ki, ümumilikdə, ötən il dövlət məşğulluğu tədbirləri hesabına 41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin olunub: “ Bundan əlavə, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib. İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənildi”.

 

S.Müslümov qeyd edib ki, ötən il aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatları yaradılıb: “ Eyni zamanda, bu təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib ki, bu da, fikrimizcə, onların məhsullarının satışında ciddi rol oynayacaq. Hazırda həmin ailə təsərrüfatlarının mütəmadi monitorinqi aparılmaqdadır”.

 

Nazir vurğulayıb ki, yeni fəaliyyətə başlayan işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını cari ildə 6 dəfəyə yaxın artıracaq. Onun sözlərinə görə, bu tədbirlər üçün İşsizlikdən Sığorta Fondunun büdcəsində 35,8 mln. manat vəsait nəzərdə tutulub.

 

“Əmək bazarına 111 min nəfər gənc işçi qüvvəsinin daxil olduğu 2017-ci ildə də bu bazarın stabilliyi qorunub saxlanılıb. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələrinin sayı ötən il 44 min 700 ədəd artıb. Bu artımın təmin olunmasında, möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınızla yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də böyük rol oynayıb. Əmək bazarında stabilləşmənin mühüm göstəricilərindən biri də iş üçün məşğulluq mərkəzlərinə edilən müraciətlərin sayının azalmasıdır. Belə ki, 2016-cı ildə bu məqsədlə məşğulluq orqanlarına 204 min müraciət olunmuşdusa, 2017-ci ildə bu göstərici 1,7 dəfə azalaraq 118 minə enib”, - deyə S.Müslümov qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva saglamliq imkanlari mehdud usaqlarla gorusub
    Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb...
  • qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib
    Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəs...
qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279