DİM Azərbaycan dili imtahanında qeyri-məqbul alan və ya iştirak etməyən abituriyentlərə müraciət edib

dim azerbaycan dili imtahaninda qeyri meqbul alan ve ya istirak etmeyen abituriyentlere muraciet edib

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş Azərbaycan dili imtahanında qeyri-məqbul qiymət alan və ya iştirak etməyən abituriyentlərə müraciət edib.

 

DİM-dən APA-ya verilən xəbərə görə, 16-31 mart tarixlərində elektron ərizələrini təsdiq etmiş, lakin 9 aprel 2017-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb. Abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib, mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.

 

Elektron ərizələrini 4-22 may tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər. Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyun ayının 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ