FHN dəm qazı təhlükəsi ilə əlaqədar müraciət edib

fhn dem qazi tehlukesi ile elaqedar muraciet edib

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

 

FHN-dən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

 

Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

 

    qaz cihazı saz və standartlara uyğun olmalı;

    cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

    havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

    hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

    tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

 

Dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

 

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.

 

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva saglamliq imkanlari mehdud usaqlarla gorusub
    Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb...
  • qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib
    Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəs...
qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib qezzada toqqusmalar neticesinde 4 felestinli olub 445 i xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279