Ali məktəblərin hazırlıq qruplarına tələbə qəbulunu DİM həyata keçirəcək

ali mekteblerin hazirliq qruplarina telebe qebulunu dim heyata kecirecek

Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edilib.

 

DİM-dən APA-ya verilən məlumata görə, dəyişikliklərdən sonra DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri ilə yanaşı “bakalavriat səviyyəsində hazırlıq qruplarına” mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək.

 

DİM eyni zamanda bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını müəyyən edəcək (Təhsil Nazirliyi ilə razılaşdırmaqla) və həmin qruplarda tədrisin sonunda buraxılış imtahanlarını keçirəcək.

 

Dəyişiklik nəticəsində Nizamnamənin  1.1-ci yarımbənddə “ali və orta ixtisas təhsili müəssisələrinə”  sözlərindən sonra “, bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri, 2.1.2-ci yarımbənddə “səviyyələrinə” sözündən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri, 2.1.3-cü yarımbənddə “keçid ballarını” sözlərindən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını” sözləri əlavə edilib.

 

Eyni zamanda 2.1.3-1-ci yarımbəndə “2.1.3-1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;”; 3.1.10-cu yarımbənddə “keçirmək” sözündən sonra “, ödənişli elektron xidmətlər göstərmək” sözləri, 3.1.10-1-ci yarımbəndə təsərrüfat cəmiyyətləri yaratmaq;” sözləri əlavə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meleyke abbaszade agsuda vetendaslari qebul edib
    Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib
  • bakida sehadet senedli filminin teqdimati kecirilib
    Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib...
bakida sehadet senedli filminin teqdimati kecirilib bakida sehadet senedli filminin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ