Nazim İmanov Çində Beynəlxalq Konsultativ Komitənin baş məsləhətçisi seçilib

nazim imanov cinde beynelxalq konsultativ komitenin bas meslehetcisi secilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli (İmanov) Çinin Şanxay Universitetinin nəzdində fəaliyyət göstərən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilib.

 

İnstitutdan APA-ya verilən xəbərə görə, Şanxay şəhərində  keçirilən “Bir yol - bir zolaq” adlı beynəlxalq konfransda çıxış edən N. Müzəffərli beynəlxalq sərnişin və yük daşımaçılığında Azərbaycanın oynadığı və gələcəkdə oynaya biləcəyi rol haqqında, ölkələrarası nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanda gerçəkləşdirilən infrastruktur layihələri barəsində ətraflı məlumat verib.

 
Konfransda Çindən, Mərkəzi Asiya dövlətlərindən, Rusiyadan və Azərbaycandan olan alim və tədqiqatçılarla yanaşı, ÇXR-nın rəsmi dövlət və hökumət nümayəndələri də iştirak edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:52 20 Yanvar
09:26 20 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyadan reyhanliya raket atilmasi neticesinde yaralilarin sayi 46 ya catib yenilenib
    Suriyadan Reyhanlıya raket atılması nəticəsində yaralıların ...
  • suriyanin afrin bolgesinden kilise 4 raket atilib yaralananlar var
    Suriyanın Afrin bölgəsindən Kilisə 4 raket atılıb, yaralanan...
suriyanin afrin bolgesinden kilise 4 raket atilib yaralananlar var suriyanin afrin bolgesinden kilise 4 raket atilib yaralananlar var +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301